(23.1.1974, Göyçay r-nunun Ləkçıplaq k. – 26.1.1994, Füzuli r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirərək Bakı ş. yerləşən 14 saylı Texniki Peşə Məktəbində qaynaqçı peşəsinə yiyələnib. 1992 ilin mayında hərbi xidmətə yollanıb. Çox keçmədən cəbhə bölgələrinə gedib. Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlının işğalından sonra Səxavət evə qayıdıb. 1993 ilin oktyabrında o, yenidən Göyçay könüllülər batalyonuna qoşulur. Şükürbəyli Aşağı və Yuxarı Əbdürrəhmanlı, Kərimbəyli və digər kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib. 1994 ilin yanvarında Aşağı Əbdürrəhmanlı kəndini almaq üçün 6 nəfər döyüşçü ilə birgə hücuma keçiblər. Lakin qüvvələr nisbətinin qeyri-bərabər olması səbəbindən əsgərlərimiz böyük tələfatla hücumu dayandırıblar. Səxavət bu döyüşdə ağır yaralanaraq şəhid olub və 5 ay sonra – 1994 ilin mayında doğma k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.