(24.5.1929 – 26.6.2003, Göyçay r-nunun Çərəkə k.) – Rayon xalq deputatları Sovetinin deputatı (1977-78).
İlk təhsilini Çərəkə k. orta məktəbində alıb. 1950 il 6 oktyabr tarixində hərbi xidmətə yollanıb. 1953 ildə hərbi xidmət dövrünü başa vurduqdan sonra Göyçay r-nuna qayıdaraq M.Əzizbəyli adına kolxozda sıravi kolxozçu kimi çalışmağa başlayıb. 1963-68 illər ərzində kolxozda bağ briqadiri işləyib. 1968-74 illərdə su cuvarı, 1974-84 illərdə pambıqçılıq briqadiri, 1984-97 illərdə taxılçılıq briqadiri kimi fəaliyyət göstərib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1976 il qərarı ilə “Əməkdə fərqlənməyə görə” medalı, 26.4.1986 ildə Azərb. SSR Dövlət mükafatı, SSSR Ali Soveti Rəyasət Heyətinin 31 may 1989 il qərarı ilə “Əmək veteranı” medalı, “1974-cü ilin Sosilist Yarışının qalibi” medalı, 3-cü dərəcəli “Əmək şöhrəti” ordeni ilə təltif edilib.
Məlumat ailəsindən alınıb.