(1908, Göyçay ş. – ?) – AK(b)P Ağdam r-n Komitəsinin birinci katibi (1938-41), Ali Sovetin deputatı (1938).
Ə.Eminov Göyçay r-nunda bənna ailəsində anadan olub. O, 1922 ildə birinci dərəcəli məktəbi bitirib, 1924 ildə isə Göyçay r-nunda olan ikinci dərəcəli məktəbə daxil olsa da, təhsili yarımçıq qalıb. Ə.Eminov gənc yaşlarında komsomolun üzvü olub, əvvəlcə Azərb. Lenin Kommunist Gənclər İttifaqı Göyçay vilayət komitəsinin təlimatçısı, sonra pioner şöbəsinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib.
Ə.Eminov 1932 ildə Sov.İKP sıralarına qəbul edilib və Stalin adına pedrabfakda (altı aylıq kurs) təhsil alıb. 1932-36 illərdə Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə çalışıb. O, 1936-38 illərdə Naxçıvan vilayət komsomol komitəsinin birinci katibi olub.
II Dünya müharibəsində cəbhəyə siyasi işçi kimi göndərilən Ə.Eminov Moskvanın müdafiəsində və bir sıra döyüşlərdə iştirak edir.
Ordudan tərxis edildikdən sonra Ə.Eminov sıra ilə AK(b)P Yevlax r-n, Qasım İsmayılov r-n komitələrinin birinci katibi, Şamxor r-n Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. O, 1954 ildən AK(b)P Ağstafa r-n Komitəsinin birinci katibi vəzifəsində işləyib.
Mənbə: “Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955”. Бакы, 1956, c. 315.