(30.6.2001, Göyçay r-nunun Şəkər k. – 14.10.2020, Füzuli r-nu) – Vətən müharibəsi şəhidi.
3.7.2019 il tarixdə həqiqi hərbi xidmətə çağırılıb. 14 oktyabr 2020 ildə Füzuli r-nu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Cəsur döyüşçü” (18.12.2020) medalları ilə təltif edilib.
Mənbə: https://memorial.az/az/qehremanlarimiz/2125