(8.12.1972, Göyçay r-nunun Bığır k.–19.9.1992, Ağdam r-nu ərazisi) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
Kənd orta məktəbini bitirdikdən sonra ilk hərbi xidmətini keçmək üçün Ukraynaya yola düşüb. Hərbi qulluğunu başa vurub vətənə qayıdandan sonra cəbhə bölgəsinə yollanır. O, 1992 ilin mayından başlayaraq Ağdam bölgəsində döyüşlərdə iştirak edir. Məsud 1992 ilin sentyabrında Ağdamın Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşüb və ondan bu günədək məlumat alınmayıb.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
E.Orucova. Bizi əsirlikdən qurtarın. Bakı, 2006, s.229