(8.12.1972, Göyçay r-nunun Bığır k. – 19.9.1992, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
Kənd orta məktəbini bitirdikdən sonra ilk hərbi xidmətini keçmək üçün Ukraynaya yola düşüb. Hərbi qulluğunu başa vurub vətənə qayıdandan sonra cəbhə bölgəsinə yollanır. O, 1992 ilin mayından başlayaraq Ağdam bölgəsində döyüşlərdə iştirak edir. M.Eyvazov 1992 ilin sentyabrında Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşüb. Göyçay r-n məhkəməsinin 2007 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi;
E.Orucova. Bizi əsirlikdən qurtarın. Bakı, 2006, s. 229.