(13.1.1951, Göyçay r-nunun Çərəkə k.) – iqtisadçı alim, iqtisad ü.f.d. (1985), dos. (1993).
D.Bünyadzadə adına Azərb. Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib (1976). 1976 ildən BDU-nun Siyasi iqtisadi və ümumi iqtisadiyyat kafedrasında işləyir. 1985 ildə BDU-da “İqtisadi qanunların modifikasiyası” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1993 ildən BDU-nun Ümumi iqtisadiyyat kafedrasının dosentidir. 36 elmi əsəri dərc olunub.
Əsərləri:
Azərbaycanın sığorta bazarı və onun formalaşması. Azərbaycan iqtisadiyyatı yüksəliş yolunda. Məqalələr toplusu Bakı, Elm, 2003;
Qloballaşdırma dünya inkişafının obyektiv amili kimi. Azərbaycan iqtisadiyyatı yüksəliş yolunda. Məqalələr toplusu. Bakı, Elm, 2004, s. 216-221;
Azərbaycanda aqrar bölmənin dövlət tənzimlənməsinin istiqamətləri. “Milli iqtisadiyyatın problemləri” Məqalələr toplusu. Bakı, Elm, 2007, s.176-181.
Mənbə: https://unec.edu.az