– qәbir formalarından biri. E.ә. III әsr–eramızın I әsrindә Azәrb.-da, әsasәn, Qәbәlә, İsmayıllı, Göyçay, Ucar r-nları әrazisindә (Göyçay hövzәsindә, habelә Türyançay vә Girdimançay hövzәlәrindә) yayılmışdır. Arxeoloji qazıntılar zamanı qәdim Albaniya (Qafqaz) әrazisindә qәbir tipli gil tәknә formalı saxsı tabutlar aşkar edilmişdir. Gil tabutlar tәknә vә ya vanna formasında olduğundan elmi әdәbiyyatda çox vaxt “gil sarkofaq” da adlanır. G.t.q.-lәrә Mollaisaqlı k. (İsmayıllı r-nu) yaxınlığında daha çox tәsadüf edilmişdir. İrihәcmli G.t.q.-lәr (tәqr. 1,5×0,5×0,3 m) arakәsmәli formada hazırlanmış vә yan divarların dibәyaxın hissәsindә deşik açılmışdı. Ölülәr bükülü vәziyyәtdә (kişilәr sol, qadınlar isә sağ böyrü üstә) dәfn olunmuşdular. Dәfn lәvazimatı (saxsı qablar, bәzәk әşyaları vә s.) әsasәn tabutdan kәnarda qoyulmuşdur. G.t.q.-ə oxşar qәbirlәr Persepol, Suz, Mesopotamiya vә Orta Asiyada da aşkar edilmişdir.
Mənbə: http://ensiklopediya.gov.az/az/terms/22721/cild/21