Bayraq Muzeyi Göyçayda 2015 ildə yaradılmışdır. 2018 ildən indiki yeni tikilmiş binada fəaliyyət göstərir. Muzeyin ümumi sahəsi 500 kv.m olan binası geniş ekspozisiya və kiçik konfrans zalından ibarətdir.
Ekspozisiya zalında orta əsrlər Azərb. dövlətlərinin və xanlıqlarının, AXC tərəfindən qəbul olunmuş Milli Dövlət Bayrağı və 1920-91 illərdə mövcud olmuş Azərb. Sovet Sosialist Respublikasının bir neçə dəfə dəyişdirilmiş bayraqları nümayiş etdirilir.
Bundan başqa, muzeydə Azərb. Milli Ordusunun ayrı-ayrı qoşun növlərinə məxsus bayraqlar, hərbi geyimlər, döyüş orden və medallarına da guşə ayrılmışdır.
Həmçinin, muzeydə Azərb. Resp.-nın dövlət atributları (Dövlət Gerbi, Dövlət himni) nümayiş olunur. Rayon sakinləri, məktəblilər, qonaqlar vaxtaşırı muzeyi ziyarət edirlər. Muzeydə dövlət bayramları, tarixi günlərlə bağlı dəyirmi masalar təşkil olunur. Muzeyin direktoru Fatimə Mövsümdür.
Məlumat A.Məmməddən alınıb.