hidr., mür. Uz. 115 km, hövzəsinin sah. 1170 kv km-dir. Qəbələ, İsmayıllı, Göyçay, Ucar r-nları ərazisində çay. Mənbəyini Baş Qafqaz silsiləsinin c. yamacından (1980 m. yüksəklikdən) alır, Qarasu bataqlığına tökülür. Başlıca qolları sağdan Qalacıq, Vəndam, soldan isə Əyriçaydır. Yuxarı axarında dar dərələrdən axır. Şirvan düzünə çıxdıqdan sonra bir çox qollara ayrılır. Göyçay şəhəri bu çayın suyu ilə təchiz olunur. Çayın üzərində SES tikilmişdir. Çayın adı yuxarı axınında suyunun göyümtül rəngə çalması ilə əlaqədardır.
Suvarmada istifadə olunur. Hövzəsində Aşıqbayramlı və Yekəxana su anbarları yaradılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 207;
ASE, VI cild, Bakı, 1982, s. 109;
https://gsaz.az/articles/view/108/Azarbaycanin-chaylari