
Azərb.-ın ilk orta əsr maddi mədəniyyətinin bir qrupunu sikkə qalıqları təşkil edir. Bu dövrdə Azərb.-da əsasən Sasani sikkələri dövriyyədə olmuşdur. Onların qalıqlarına dəfinə şəklində və tək-tək qazıntılarda və təsadüfi tapıntılarda rast gəlinmişdir. Bu cəhətdən Qəbələ dəfinələri (Dəlləkotu adlı yerdə), Bakı dəfinəsi, Göyçay dəfinəsi və s. xüsusi qeyd edilməlidir. Azərb. ərazisində, demək olar ki, bütün Sasani padşahlarının pullarına təsadüf edilmişdir.
Mənbə: AZƏRBAYCAN TARİXİ. III-XIII əsrin I rübü. 7 cilddə, II cild, Bakı, Elm, 2007, s. 98