Azərbaycanın ilk orta əsr maddi mədəniyyətinin bir qrupunu sikkə qalıqları təşkil edir. Bu dövrdə Azərbaycanda əsasən Sasani sikkələri dövriyyədə olmuşdur. Onların qalıqlarına dəfinə şəklində və tək-tək qazıntılarda və təsadüfi tapıntılarda rast gəlinmişdir. Bu cəhətdən Qəbələ dəfinələri (Dəlləkotu adlı yerdə), Bakı dəfinəsi, Göyçay dəfinəsi və s. xüsusi qeyd edilməlidir. Azərbaycan ərazisində, demək olar ki, bütün Sasani padşahlarının pullarına təsadüf edilmişdir.
Mənbə: Azərbaycan tarixi. III–XIII əsrin I rübü. 7 cilddə. II cild, Bakı, Elm, 2007, s. 98.