
1920 ildə Azərb.-da Sovet hakimiyyəti qurulandan sonra Göyçayda fəaliyyət göstərmiş rəsmi dövlət qurumlarından biri olan Göyçay Qəza İnqilab Komitəsi 2 may 1921 ildə öz fəaliyyətini dayandırdı. Həmin gün onun yerinə Göyçay Qəza İcraiyyə Komitəsi təşkil olundu. 30-cu illərdə Azərb.-ın rayonlaşdırılması ilə əlaqədar olaraq sözügedən qurumun adı dəyişdirilərək Göyçay r-n İcraiyyə Komitəsi adlandı. Ən uzunömürlü rəsmi qurumlardan olan Göyçay r-n İcraiyyə Komitəsini 1999 ildən bələdiyyələr əvəz edir.
Məlumat V.Abdullayevdən alınıb.