Göyçay ş.-nin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planı Azərb. Resp.-nın Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Göyçay ş.-nin Baş planı Azərb.Resp. Prezidentinin 27.2.2014 il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmışdır.
Göyçay ş.-nin sonuncu Baş planı 1976 ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015 il olmaqla 2035 ilə qədər olan dövrü əhatə edir.
Bu sənəddə ş.-in planlı qaydada inkişafı nəzərdə tutulur və hesabat müddətinin sonuna ş. əhalisinin 34% artaraq 49 min nəfərə çatması proqnozlaşdırılır. Həmçinin baş planda ş. əhalisinin yaşayış (mənzil) fondu ilə təminatı istinad ilində adambaşına 18,1 kv.m-dən hesabat müddətinin sonuna 25 kv.m-ə çatdırılması nəzərdə tutulur.
Baş planda nəzərdə tutulan dövr üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunmuşdur. Ş.-in infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınmışdır.
Mənbə: Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş plan təsdiq edildi / Azərbaycan Respublikasının Nazirlər Kabineti.