Prezident İlham Əliyev 6 oktyabr 2015 ildə “Göyçay” SES-in açılışında iştirak edib və gücü 3,1 meqavat olan “Göyçay” kiçik su elektrik stansiyası istismara verilib.
“Göyçay” Su Elektrik Stansiyasın təməli 2010 ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulub.
Şirvan kanalının Göyçay r-nunun Bığır k. ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 mln kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay r-nunun tələbatının 25 faizini təşkil edir. Stansiyanın ərazisi 5 ha.-dır. Burada hər birinin gücü 1,03 mVt olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 m olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılıb. Burada həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilib.
Mənbə: https://president.az