Göyçay r-n Tarix-Diyarşünaslıq muzeyi (GTDM) 1984 ildən fəaliyyət göstərir. Hal-hazırda GTDM-də 6600-dən artıq eksponat mühafizə olunur. Onlardan 2500-dən artıq eksponat ekspozisiyada nümayiş etdirilir. Muzeydə tarixən qədim, dərin məzmunlu, təhlilə ehtiyacı olan eksponatlarla yanaşı, müasir tarixə malik əşyalar da nümayiş etdirilir. Hər il minlərlə tamaşaçı muzeydə ekskursiyada olur. GTDM kütləvi tədbirlərin həyata keçirilməsində də fəal iştirak edir. Muzeydə keçirilən bütün tədbirlərin əsas iştirakçıları məktəblilərdən ibarətdir. Muzeylər xalqımızın bütün dövrlərə aid sərvətlərini əyani şəkildə nümayiş etdirən, təbliği ilə məşğul olan elmi-tədqiqat müəssisəsi, mədəniyyət mərkəzidir.
Əd.: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi // http://goychay.cls.az/more/text/21291




