oyk., sadə. Azərb.-da şəhər, eyniadlı inzibati r-nun mərkəzidir. Şirvan düzünün şm.-ında, Göyçayın sağ sahilində yerləşir. Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Şəhərin yerində keçmişdə Potu kəndinə məxsus bağlar olmuşdur. Aran r-nlarına yol buradan keçdiyinə görə karvansara və mal bazarı vardı. Bazar Potu kəndinin adı ilə Potubazar adlanırdı. Sonralar burada poçt məntəqəsi təşkil olunmuşdu. 1851 ildə Göyçay məntəqəsində 5 ev vardı. Tədricən Şamaxı qəzasından müxtəlif ailələr köçüb burada məskunlaşmışlar. 1872-76 illərdə Göyçay sahilində 15 desyatinlik yerdə planlı surətdə şəhərin inşasına başlanmış, tədricən inkişaf edərək abad və yaraşıqlı şəhərə çevrilmişdir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.207.