Göyçayda akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə elmi-praktik k
Göyçayda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib və konfransda rayon rəsmiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyası Göyçay rayon Təşkilatının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu barədə məruzə ilə çıxış edib. Qeyd edib ki, Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən böyük oftalmoloq-alim olmaqla yanaşı, Ulu Öndərin ən yaxın silahdaşı, ölkə Prezidenti İlham Əliyevi Azərbaycana bəxş edən anadır. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqda, haqqında xatirələri oxuduqda gözlərimiz önündə onun gözəl, nurlu portreti yaranır.
Tədbirdə YAP rayon təşkilatının sədri Sahib Şükürov, rayon mərkəzi xəstəxanasının oftalmoloq-həkimi Sevinc Abdullayeva, şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Firəngiz Məmmədyarova, Göyçay Qadın Resurs Mərkəzinin direktoru Vüsalə Məmmədova, gənclər evinin əməkdaşı Həmidə Məcidli çıxışlarında vurğulayıblar ki, Zərifə xanım Əliyevanın həyat sevgisi ailəsinə, xalqına, ölkəsinə və peşəsinə olan sevgidə təzahür etdiyindən, bəşəri bir dəyər alırdı və onu ilahiləşdirirdi. Çünki o, Allahın ona bəxş etdiyi ümid payını insanlığa xidmət üçün ayrılan vaxt kimi dəyərləndirirdi.
Tədbirin sonunda Zərifə xanım Əliyevaya həsr edilən videoçarx nümayiş olunub.