
Göyçay r- Heydər Əliyev Muzeyi 2007 ildən fəaliyyətə başlamışdır. Heydər Əliyev Muzeyi Mədəniyyət və Turizm Nazirinin 24.01.2012 il tarixli 19 nömrəli əmrinə əsasən Heydər Əliyev mərkəzi adlandırılmışdır. Göyçay r-n Heydər Əliyev mərkəzi 2009 ildə tikilib, 2010 il fevralın 12-də Azərb.Resp. Prezidenti cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olmuşdur. Mərkəz iki mərtəbədən ibarət olaraq 3200 kv.m. Həyətyanı sahəsi isə 1,5 ha. Mərkəzdə 310 nəfərlik iclas zalı, 1 konfrans zalı, 12 inzibati otaq və yardımçı otaqlar mövcuddur. Mərkəzdə 518 eksponat cəmlənmişdir. Bunlardan 302-si fotoşəkil, 182-si kitab, 32-si sənəd, 2-si isə heykəltaraşlıq nümunəsidir. Mərkəzdə rəsm, tarix, ədəbiyyat, xarici dil öyrənmə, şahmat dərnəkləri, kitabxana fəaliyyət göstərir. Həmçinin multi-media, virtual siniflər mövcuddur. Mərkəzin ekspozisiya sahəsi 300 kv.m. Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 215 ədəd eksponat sərgilənir.
Heydər Əliyev mərkəzinin qarşısında isə uzunluğu 40 m, hündürlüyü 6 m olan şəlalə-fəvvarə kompleksi yaradılmışdır.
Mənbə: https://kataloq.gomap.az