
Göyçay qəz. ipəkçilik sahəsində Bakı quberniyasında aparıcı rol oynayırdı. 1898 ildə Göyçayda ipək məhsulları sərgisi təşkil edilmişdi. Göyçay qəz. həm də quberniyanın digər qəz. keyfiyətli barama toxumu ilə təchiz edirdi. 1910 ildə Bakı quberniyasında yetişdirilən 58 400 qutu barama toxumunun hamısı Göyçay qəz. yetişdirilmişdi. 1911 ildə Göyçayda Pata firmasının barama toxumu idarəsi açılır. Firmanın yetişdirdiyi barama qurdu toxumu Tiflisdə, Qafqaz ipəkçilik stansiyasında yoxlanışdan keçəndən sonra yerli bazarlarda satışa çıxarılır. Qeyd edək ki, ipəkçiliyin inkişafında 1900 ildə Göyçayda təşkil olunmuş baramaçılıq məktəbi də əhəmiyyətli rol oynadı.
Mənbə: https://www.facebook.com/Goychaytarixi/