(Əsgərov İbrahim Məhəmməd oğlu), (12.11.1936, Göyçay r-nunun Alıkənd k.-24.2.2007) – görkəmli şairi və jurnalisti, AYB-nin üzvü (1980), Əməkdar mədəniyyət işçisi (2006).
1953 ildə Göyçay ş.-də orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb (1953-58). Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərb. Dövlət Nəşriyyatında redaktor, “Mədəni ticarət” (“Za kulturnuyu torgovlyu”) qəzetində baş redaktor, Azərb. Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-2007 ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərib. Azərb. Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş İbrahim Göyçaylının milli radionun formalaşmasında xüsusi xidmətləri olub.
2006 ildə Prezident İ.Əyevin Sərəncamı ilə Əməkdar mədəniyyət işçisi Fəxri adına layiq görülüb. Gəncliyindən mətbuatda müxtəlif məzmunlu lirik şeirləri dərc olunub.
1966 ildə “Dalğalar qoynunda” (1966), “Yadigar sözlər” (1969), “Gözlərinin işığında” (1973), “Qərənfil işığı” (1979), “Qoymayın qızları kədərlənməyə” (1982), “Ulduzlar nədən danışır” (1984), “Vaxt soruşsa” (1986), “Uzaq haraylara isinmir ürək” (1991), “Ümiddən uzun gecə” (1997), “Vaxt soruşsa” (1986), “Lirika” (2001), və başqa kitabları nəşr olunub. Rusiyada, Gürcüstanda və İranda kitabları çap olunub. Yüzdən çox şeirinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub. Dünya ədəbiyyatından bir çox tərcümələri var.
Şairin xatirəsi doğulduğu r-da da əziz tutulur. Hazırda Göyçay ş.-nin küçələrindən biri onun adını daşıyır.
Mənbə: İ.Göyçaylı. (Əsgərov İbrahim Məhəmməd oğlu) Yaşadığım bu dünya / İ. Göyçaylı; red. Q. İsabəyli. – Bakı: Şirvannəşr, 2004.- 200 s.
T.Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. Bakı, “Nurlar”, 2011, s.450