(21.10.1973, Göyçay r-nunun Üngütlü k.–7.10.1993, Tərtər r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirəndən sonra Bakıdakı idman təmayüllü məktəbdə təhsilini davam etdirmişdir. 1991 ildə Bədən Tərbiyəsi Texnikumuna daxil olmuş, bir ildən sonra hərbi xidmətə çağırılmışdır. Naxçıvan MR Şərur r-nunun Sədərək qəsəbəsi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və doğulduğu kənddə dəfn olunmuşdur.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.