(18.8.1969, Göyçay ş.) – tanınmış pedaqoq, filologiya üzrə f.d. (2007), “Xan qızı” və “Qızıl qələm” mükafatları laureatı.
N.Tusi adına APU-nun Filologiya fakültəsini Azərb. dili və ədəbiyyat ixtisası üzrə bitirib (1992). Əmək fəaliyyətinə Bakı ş. Səbail r-nu 51 saylı məktəbdə günüuzadılmış qrup müəllimi kimi başlayıb, 1993 ildən isə Azərb. dili və ədəbiyyatı müəllimi kimi işləyib. 1996–2003 illərdə Səbail r-nu 91 saylı məktəbə öz ixtisası üzrə müəllim, daha sonra sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2003-04 illərdə Bakı Ali Qızlar Seminariyasında ədəbiyyat və jurnalistika kafedrasında baş müəllim, 2005 ildə isə Yasamal r-nu 199 saylı orta məkrəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. “Azərbaycan ədəbiyyatında Qaçaq Kərəm obrazı” mövzusunda dissertasiya işinin müəllifidir. Həmin dissertasiya işi ilə əlaqədar olan elmi məqalələri tək Azərb.-da deyil, o cümlədən Gürcüstanda, Belarusda və qardaş Türkiyədə nəşr olunan dərgilərdə, jurnal və qəzetlərdə çap edilib. Bir çox mükafatlara, o cümlədən Azərb. Jurnalistləri Həmkarlar İttifaqının “Xalqın nüfuzlu ziyalısı” fəxri adına layiq görülmüşdüş. “Müəllim sözü” qəzetinin redaksiya şurasının üzvü, AR Prezidenti yanında Bilik Fondunun Yasamal r-n üzrə təyin olunmuş nümayəndəsidir. 2005-20 illərdə Yasamal r-nu 53 saylı orta məktəbə direktor vəzifəsində çalışıb.
Mənbə: A.Kəngərli. ” Bir məktəbin tarixi” kitabı. Bakı, 2018