(1969, Göyçay r-nunun Ləkçıplaq k.) – neft-qaz sənayesi sahəsində tanınmış mütəxəssis, texnika e.d. (1993), dos. (2013).
ADNA-nın (indiki ADNSU) “Qaz-neft mədən” fakültəsini bitirib (1993) və təyinatla AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (indiki Neft və Qaz İnstitutu) çalışmağa başlayıb. Burada işlədiyi müddətdə kiçik elmi işçidən şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. Hal-hazırda ARDNŞ-nin (SOCAR) “Birgə işlənilən yataqlar üzrə məlumatlar bazası və modelləşdirmə” şöbəsinin rəis müavini vəzifəsində, həmçinin əvəzçilik üzrə ADNSU-nun “Neft qaz mühəndisliyi” kafedrasında çalışır. “Karbohidrogen və qeyri-karbohidrogen qazların iştirakı ilə kondensatın buxarlanmasının tədqiqi” mövzusunda namizədlik, “Karbohidrogen yataqlarının son işlənmə mərhələsinin nəzəri əsasları və tətbiqi aspektləri, onların komponentveriminin artırılması üsullarının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyaları müdafiə edərək texnika e.d. elmi dərəcəsi alıb.
Həmidov 2002-05 illərdə ADNA-da, 2005-10 illərdə isə AMEA-nın Geologiya və Geofizika institutunda fəaliyyət göstərən çoxprofilli Doktorluq Dissertasiya Şuralarında “Neft və qaz yataqlarının işlənməsi və istismarı” Bölməsinin üzvü olub.
2015 ildən indiyə qədər SOCAR “Neftqazelmitədqiqatlayihə” institutunun “Neft-qaz yataqlarının işlənməsi, istismarı, neftin, qazın nəqli və quyuların qazılması” Elmi Şura bölməsinın elmi katibidir.
Azərb. Resp-nın təhsil nazirinin əmri ilə 2020 ildən ADNSU-da “Neft qaz mühəndisliyi” ixtisası üzrə magistr dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın sədridir.
Karbohidrogen sistemlərinin termodinamikası və yataqların hidrodinamiki modelləşdirilməsi sahəsində ixtisaslaşan Həmidov 100-ə yaxın elmi əsərin, o cümlədən monoqrfaiya və ixtiranın müəllifidir. Onun elmi əsərləri dünyanın aparıcı elmi dərgilərində dərc olunur. O, dəfələrlə ABŞ, Böyük Britaniya, RF, Yaponiya, Türkiyə, İran, İndoneziya, Malayziya, Ukrayna, Qazaxıstan, Özbəkistan və s. ölkələrdə neft-qaz sənayesinin müxtəlif problemlərinə həsr olunmuş Beynəlxalq Elmi Konfransların iştirakçısı olub, məruzələrlə çıxış edib, Azərb. neft elmini uğurla təmsil edib.
Onun elmi axtarışlarının nəticələri 1999-2016 illərdə AMEA-nın ilin ən mühüm nəticələrinə və 2015 ildə dərc olunan “AMEA-nın 70 illiyi” hesabatına daxil edilib. Elmi nəticələri dəfələrlə nüfuzlu Beynəlxalq və yerli Elm Fondlarının Qrantına layiq görülüb.
Həmidovun rəhbərliyi altında fəlsəfə doktoru elmi dərəcəsi üzrə bir dissertasiya və ADNSU, BANM, UFAz, Xəzər Universitetində təhsil alan onlarla tələbənin magistr dissertasiyaları uğurla müdafiə edilib.
Həmidov Azərb. Resp. neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri fərmanla təltif edilib.
Mənbə: A.Kəngərli. “Salam, doğma məktəbim” kitabı. Bakı, “Perqament nəşriyyatı”, 2019