(28.4.1972, Göyçay r-nunun Qızılağac k. – 26.2.1994, Kəlbəcər r-nu ərazisində) – Birinci Qarabağ müharibəsində itkin düşüb.
İlk hərbi xidmətini başa vurandan sonra bir müddət əmək fəaliyyəti ilə məşğul olub. 8.1.1993 ildə əsgər rütbəsində vətənin müdafiəsinə yollanıb, 26.2.1994 ildə döyüşlərin birində itkin düşüb. Göyçay r-n məhkəməsinin 20.9.2007 il tarixli qətnaməsi ilə ona şəhid statusu verilib.
Məlumat ailəsindən alınıb.