(?.1916, Göyçay qəz. Bığır k. – ?, Bakı ş.) – dilçi alim, filologiya ü.f.d. (1960), dos. (1969).
1939 ildə ADU-nun Filologiya fakültəsinə daxil olub. 1942 ildə ordu sıralarına yola düşüb. Müharibədən sonra Bakıya dönən T.Həmzəyev təhsilini davam etdirir. 1948 ildə ali məktəbi bitirib Azərb. SSR EA Dil və Ədəbiyyat İnstitutunda elmi işçi vəzifəsinə qəbul olunur. 1950 ildə dil ixtisası üzrə elmi təhsilini davam etdirmək üçün aspiranturaya daxil olub. 1953 ildə aspiranturanı bitirib akademiya sistemində işə qəbul olunan həmyerlimiz 1955 ildə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayır. 1966 ildə Ədəbiyyat və Dilçilik İnstitutunda böyük elmi işçi, 1969 ildən isə M.F.Axundov adına APİ-nin Müasir Azərb. dili kafedrasında dos. kimi fəaliyyət göstərir. 1973 ildə Azərb. Dövlət Xarici Dillər İnstitutunda həmin kafedranın dosenti olur. Tanınmış alim 1977 ildən ömrünün sonuna kimi ADU-nun “Azərbaycan dilinin metodikası” kafedrasında fəaliyyət göstərib.
Məlumat V.Abdullayevdən alınıb.