(10.12.1949, Göyçay ş.) – kimyaçı alim, kimya ü.f.d. (1986), dos. (2000).
V.İ.Lenin adına APİ-nin (indiki ADPU) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1970). 1970-72 illərdə Göyçay ş. 2 saylı məktəbdə kimya müəllimi işləyib. 1973-91 illərdə AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mühəndis, kiçik elmi işçi, sonra isə elmi işçi, 1991-93 illərdə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialında laboratoriya müdiri, 1993-2000 illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda laboratoriya müdiri, assistent və dosent vəzifəsində çalışıb. Hazırda ADİU-nun Fizika və kimya kafedrasında çalışır.
Mənbə: https://unec.edu.az