(1914, Göyçay qəz. Mırtı k. – ?) – pedaqoq, Böyük Vətən müharibəsi iştirakçısı.
Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini ikiillik Müəllimlər İnstitutunda davam etdirmişdir. Əmək fəaliyyətinə 1933 ildə Şəkər k. natamam orta məktəbində başlamış, 1938-40 illərdə həmin məktəbin direktoru vəzifəsində çalışmışdır. 1940 ilin yanvarında Göyçay r-n Xalq Maarif şöbəsinə müfəttiş, həmin ilin dekabrında isə şöbənin müdiri vəzifəsinə irəli çəkilmişdir. Həsrətov Böyük Vətən müharibəsinin ilk aylarından cəbhəyə yola düşmüş, 1941 ilin sentyabrından 1945 ilin iyununa qədər ordu sıralarında komandir kimi xidmət etmişdir. Müharibədən baş leytenant rütbəsində tərxis olunduqdan sonra Göyçaya qayıtmışdır.
1945 ildə Göyçay r-n XDS İcraiyyə komitəsinin sədri, 1946 ildə isə Göyçay r-n İctimai təminat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həsrətov 1953 ildə APİ-nin Azərbaycan dili və Ədəbiyyat fakültəsini qiyabi yolla bitirmiş, bundan sonrakı fəaliyyətini Mırtı k. orta məktəbində direktor və dərs hissə müdiri kimi davam etdirmişdir. 1988 ildə səhhətilə əlaqədar öz ərizəsinə əsasən işdən azad olunmuşdur. O, səmərəli əmək fəaliyyətinə və Böyük Vətən müharibəsində iştirakına görə bir sıra orden və medallarla təltif olunmuşdur. Kənddə təhsilin inkişafına verdiyi töhfəyə görə bitirdiyi və fəaliyyət göstərdiyi Mırtı k. orta mətəbi Azərb. SSR Ali Sovetinin qərarı ilə ölümündən sonra onun adına verilmişdir.
Məlumat ailəsindən alınıb.