oyk., sadə. Azərb.Resp. Göyçay r-nunun Yeniarx i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı hacı olan ailələr saldığına görə belə adlandırılmışdır. Oykonim “ağabəylilərin hacıya mənsub hissəsi” mənasındadır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı,“Şərq-Qərb”, 2007, s. 218