Hacıağabəyli k. məscidi yeni tikililərdəndir. Məscid 1998 ildə tikilmişdir. Məscidi Molla Bilal Əfəndi öz şəxsi vəsaiti hesabına tikdirib.
Binanın ümumi sahəsi 144 kv.m-dir. İbadət zalı (12 m x 9 m) 108 kv.m-dir. Bu zalın işıqlı olması üçün 2 qiblə divarında, 2 ş.-də, 2 q.-də olmaqla 6 pəncərəsi və zala daxil olmaq üçün şm. hissədən bir giriş qapısı vardır. Giriş qapısı önündə 3 m enində arkalı sütunlar üzərində dayaq tutmuş eyvan, qapının sağında kiçik ehtiyat otaq vardır. Məscidin damı ağ dəmir örtüklə örtülmüş, inşasında yerli inşaat materiallarından istifadə olunmuşdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakıdini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 74.