(15.2.1973, Göyçay r-nunun İnçə k.–8.9.1992, Ağdam r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizillik təhsilini başa vuraraq Qaraməryəm k.179 saylı Texniki peşə məktəbinə daxil olub. Buranı Meyvə-tərəvəz ustası ixtisası üzrə başa vuran Faiq kolxozda əmək fəaliyyətinə başlayır. 1992 ilin aprelində hərbi xidmətə çağırılan F.Hacıyev Daxili Qoşunların 67987 saylı hərbi hissəsində şərəflə xidmətə başlayır. O, 1992 ilin iyununda döyüş bölgəsinə, Ağdam r.-na yola düşür. F.Hacıyevin ilk döyüşü Naxçıvanik (indiki Naxçıvanlı) k. uğrunda oldu. Çavuş F.Hacıyev Naxçıvanik, Aranzəmin və Pircamal uğrunda gedən döyüşlərdə şücaətlə vuruşdu. Döyüşlərin birində F.Hacıyev ağır yaralanır. Lakin sağalandan sonra yenə döyüş bölgəsinə qayıdır və yenidən xidmətini davam etdirir.
Xidmət etdiyi taborun şəxsi heyətinin bir hissəsi Ağdərə istiqamətində gedən döyüşlərə kömək məqsədilə Cinli adlanan kəndə toplanır. Beləliklə, Faiq 1992 ilin avqustunda Canyataq və Gülyataq k. istiqamətində yola düşür. Faiqin də tərkibində olduğu kəşfiyyat qrupu avqustun 20-si sübh tezdən hücuma başladı. İki gün davam edən döyüşlər nəticəsində hər üç kənd – Canyataq, Gülyataq, Mehmanə və bir neçə yüksəklik Daxili Qoşunların birləşmələri tərəfindən azad edildi. 1992 ilin sentyabrında Fərrux dağı uğrunda qızğın döyüşlərin birində cəsur döyüşçümüz ikinci dəfə yaralanır. Bu dəfə yarası çox ağır idi. Bir il müalicə alsa da onun səhhətində irəliləyiş baş vermir. Həkimlərin cəhdinə baxmayaraq, F.Hacıyevin həyatını xilas etmək mümkün olmadı və o, şəhidlik zirvəsinə yüksəldi. F.Hacıyev doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.