(15.2.1973, Göyçay r-nunun İnçə k. – 8.9.1993, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbində səkkizillik təhsilini başa vuraraq Qaraməryəm k. 179 saylı Texniki Peşə Məktəbinə daxil olub. Buranı bitirdikdən sonra F.Hacıyev kolxozda əmək fəaliyyətinə başlayıb. 1992 ilin aprelində hərbi xidmətə çağırılan F.Hacıyev Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlayıb. 1992 ilin iyununda döyüş bölgəsinə, Ağdam r-nuna yola düşüb. F.Hacıyevin ilk döyüşü Naxçıvanik (indiki Naxçıvanlı) k. uğrunda olub. Çavuş F.Hacıyev Naxçıvanik, Aranzəmin və Pircamal uğrunda gedən döyüşlərdə şücaət göstərib. Döyüşlərin birində ağır yaralanıb. Sağalandan sonra F.Hacıyev yenə döyüş bölgəsinə qayıdıb.
F.Hacıyev 1992 ilin avqustunda Canyataq və Gülyataq k. istiqamətində yola düşüb. Onun də tərkibində olduğu kəşfiyyat qrupu 20 avqust hücuma başlayıb. İki gün davam edən döyüşlər nəticəsində hər üç kənd – Canyataq, Gülyataq, Mehmanə və bir neçə yüksəklik azad edilib. 1992 ilin sentyabrında Fərrux dağı uğrunda qızğın döyüşlərin birində F.Hacıyev ikinci dəfə yaralanıb. Bu dəfə yarası çox ağır olub. Bir il müalicə alsa da, səhhətində irəliləyiş baş verməyib. Həkimlərin cəhdinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. F.Hacıyev doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.