(10.3.1974, Göyçay r-nunun Mırtı k.–31.8.1992, Ağdərə r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra Mingəçevir ş. sürücülük peşəsinə yiyələnib. Daha sonra hərbi xidmətə yola düşüb. O, Ağdamın Xındırıstan k. ərazisində yerləşən batalyonda xidmət keçir. Çox keçmədən Mais Canyataq və Gülyataq k. uğrunda döyüşlərə girir. M.Hacıyev 1992 ilin avqustunda Mehmanə k. uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı və doğulduğu kənddə torpağa tapşırıldı.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.