(?,1905, Göyçay ş. – ?,1994, Bakı ş.) – pedaqoq, pedaqogika ü.f.d. (1955), dos.
İnqilabdan əvvəl Göyçaydakı Rüşdiyyə məktəbində təhsil almış, sonra əmək fəaliyyətinə başlamışdır. O, Göyçay qəzasının Çayarxı k.-də məktəb təşkil etmişdir. O zamanlar üçün bu, çox mütərəqqi bir addım idi. M.Hacıyev 1924-27 illərdə APİ-də təhsilini davam etdirmiş, sonra Şəki Pedaqoji Texnikumunda dil-ədəbiyyat müəllimi kimi çalışmışdır. Daha sonra fəaliyyətini Göyçay Pedaqoji Texnikumunda davam etdirən M.Hacıyev 1937 ildə Bakı ş. köçmüşdür. O, müxtəlif ali təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərmişdir. Böyük Vətən müharibəsi illərində cəbhədə siyasi rəhbər kimi çalışmış M.Hacıyev müharibədən sonra fəaliyyətini davam etdirmişdir. O, ölməz Füzulinin tədqiqatçılarından biri olmuş, bu mövzuda dissertasiya müdafiə edərək pedaqoji e.n. alimlik dərəcəsi və dos. elmi adı almışdır. Onun Azərbaycan dili və metodikası üzrə bir çox elmi əsərləri çap olunmuşdur.
Məlumat V.Abdullayevdən alınıb.