(04.02.1991, Göyçay r-nunun Çayarxı k. – 25.10.2020, Xocavənd r-nu) 04.02.1991-ci il tarixdə Göyçay rayonu Çayarxı kəndində anadan olmuşdur. 1997-2006-cı illərdə Çayarxı kənd ümumi orta məktəbdə 9 illik təhsil aldıqdan sonra rayondakı 106 saylı peşə məktəbinə daxil olub.
Əsgərliyini 2009-2010-cu illərdə 888 saylı hərbi hissənin tank taborunda keçmişdi. Evə gələrkən nümunəvi xidmətinə görə komandanlığın ona yazdığı Fəxri fərmanları, tərifnamələri də özüylə gətirmişdi. Əsgəri xidmətdən qayıtdıqdan sonra isə Aznar zavodunda traktorçu işləyib.
29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəib edilmiş, 26 oktyabr 2020-ci ii tarixdə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Cəsur döyüşçü” (24.06.2021) medalları ilə təltif edilmişdir.
Ailəlidir. 2 övladı var