(1918, Bakı ş.–18.12.1982, Göyçay ş.) – tanınmış tibb mütəxəssisi, “Lenin ordeni” (1966).
Azərb. Dövlət Tibb İnstitutunu (indiki ATU) bitirib (1940). Sonra Zərdab r-na təyinat almışdır. 1940-45 illərdə Zərdab r-nunda həkim və baş həkim işləmişdir. 1944 ildə ailə quraraq Göyçay ş. köçmüşdür. 1945-82 illərdə Göyçay Mərkəzi Xəstəxanasında mama-ginekoloq işləmişdir. Səmərəli fəaliyyətinə görə dəfələrlə Azərb. Səhiyyə Nazirliyi tərəfindən fəxri fərmanlar almışdır. Qadınların və uşaqların sağlamlığı keşiyində fədakar xidmətlərinə görə 1966 ildə “Lenin ordeni” ilə təltif edilmişdir.
Məlumat A.Məmməd tərəfindən alınmışdır.