(1918, Bakı ş. – 18.12.1982, Göyçay ş.) – səhiyyə işçisi.
Azərb. Dövlət Tibb İnstitutunu (indiki ATU) bitirib (1940). Sonra Zərdab r-nuna təyinat alıb. 1940-45 illərdə Zərdab r-nunda həkim və baş həkim işləyib. 1944 ildə ailə quraraq Göyçay ş. köçüb. 1945-82 illərdə Göyçay Mərkəzi Xəstəxanasında mama-ginekoloq işləyib. Səmərəli fəaliyyətinə görə dəfələrlə Azərb. Səhiyyə Nazirliyi tərəfindən fəxri fərmanlar alıb. Qadınların və uşaqların sağlamlığı keşiyində fədakar xidmətlərinə görə 1966 ildə “Lenin” ordeni ilə təltif edilib.
Məlumat A.Məmməd tərəfindən alınıb.