(26.4.1978, Göyçay ş.) – tanınmış həkim, tibb ü.f.d. (2010)
N.Nərimanov adına ATU-nun Pediatriya fakültəsini bitirib (2001). 2002-14 illərdə K.Fərəcova adına Elmi tədqiqat Pediatriya İnstitutunun vaxtından əvvəl doğulanlar şöbəsində çalışıb. 2014 ildə Hacettepe Universitetinin (Türkiyə) doğum zalı, yeni doğulanların və vaxtından əvvəl doğulanların reanimasiya və intensiv terapiya şöbələrində praktiki təcrübə kursu keçib. 2014 ildən ATU-nun Tədris Cərrahiyyə korpusu Yenidoğulanların reanimasiyası və ambulator pediatriya şöbəsində çalışır. Hacıyeva pedaqoji fəaliyyətini də uğurla davam etdirir. O, 2002-09 illərdə ATU-nun Neonatologiya kafedrasının baş laborantı, 2009-17 illərdə həmin kafedranın assistenti, 2018 ildən isə ATU II Uşaq xəstəlikləri kafedrasının assistenti vəzifələrində çalışıb. Tanınmış həkim 2010 ildə “MSS-nin hipoksik-işemik, travmatik zədələnməsi olan yenidoğulanlarda ağrı sindromu və ağrısızlaşdırma yolları” mövzusunda dissertasiya müdafiə edərək tibb ü.f.d alimlik dərəcəsi alıb. Hazırda tibb e.d. alimlik dərəcəsi almaq üçün “Erkən yaş dövründə olan uşaqlarda allergik xəstəliklərin proqnozlaşdırılmasında perinatal faktorların rolu” mövzusunda elmi iş üzrə çalışır.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.44