(26.4.1978, Göyçay ş.) – həkim, tibb e.d. (2023).
N.Nərimanov adına ATU-nun Pediatriya fakültəsini bitirib (2001). 2002-14 illərdə K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun vaxtından əvvəl doğulanlar şöbəsində çalışıb. 2014 ildə Hacettepe Universitetinin (Türkiyə) doğum zalı, yeni doğulanların və vaxtından əvvəl doğulanların reanimasiya və intensiv terapiya şöbələrində praktiki təcrübə kursu keçib. 2014 ildən ATU-nun Tədris Cərrahiyyə korpusu Yenidoğulanların reanimasiyası və ambulator pediatriya şöbəsində çalışır. Hacıyeva pedaqoji fəaliyyətini də uğurla davam etdirir.
O, 2002-09 illərdə ATU-nun Neonatologiya kafedrasının baş laborantı, 2009-17 illərdə həmin kafedranın assistenti, 2018 ildən isə ATU II Uşaq xəstəlikləri kafedrasının assistenti vəzifələrində çalışıb. Tanınmış həkim 2010 ildə “MSS-nin hipoksik.-işemik, travmatik zədələnməsi olan yenidoğulanlarda ağrı sindromu və ağrısızlaşdırma yolları” mövzusunda dissertasiya müdafiə edərək tibb ü.f.d alimlik dərəcəsi alıb. 2023 ildə isə “Erkən yaş dövründə olan uşaqlarda allergik xəstəliklərin proqnozlaşdırılmasında perinatal faktorların rolu” mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
AR Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə təşkil etdiyi komissiyanın üzvü, Azərb. Resp. Prezidentinin 27.11.2020 il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-25 illər üçün Fəaliyyət planı”na uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən dəstəklənən davamlı tibbi təhsil və tibbi təlimlərin təşkilatçısı və təlimçisidir. N.Hacıyevanın 80-ə yaxın elmi məqalə və tezisləri Azərbaycan və beynəlxalq sitatlar bazasına daxil edilmiş, “Scopus”, “PubMed/Medline”, “Thomson Reuters”, “Web of Science” jurnallarında dərc olunub.
N.Hacıyeva “Yeni doğulmuş uşaqlarda atopik dermatitin proqnozlaşdırılması” əsərinə görə AR Əqli mülkiyyət Agentliyi tərəfindən Şəhadətnamə alıb.
Əsərləri:
“Sağlam gələcək”. Bakı, 2023
Tağıyev N., Hacıyeva N. “Neonatologiya”. Bakı, 2017
N.Hacıyeva, N.Pənahova. “Yeni doğulmuş uşaqlarda respirator terapiya”. Bakı, 2008.
Məlumat V.Abdullayevdən alınıb.