( 27.07.1997 Göyçay r-nunun Alxasava k.) – Cüdo üzrə Azərb. milli komandasının üzvü, İkiqat Avropa çempionu.
Hidayət 6 yaşından cüdo ilə məşğuldur, ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Azərb. milli yığmasında məşqçisi isə Mehman Əzizovdur.
2012 ildə ildə kadetlər arasında Azərb. çempionatında bürünc medal qazanıb. 2013 ildə kadetlər arasında Avropa və böyüklər arasında Azərb. çempionu olub. 2014 ildə Yunanıstanın paytaxtı Afina ş.-də keçirilən kadetlər arasında Avropa birinciliyində 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Heydərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2015 ildə BƏƏ-nin Əbu-Dabi ş.-də gənc cüdoçular arasında keçirilən Dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. 2015 ilin noyabr ayında Slovakiyanın Bratislava ş.-də keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində bürünc medal qazanıb.
Heydərov 2016 ildə İspaniyanın Malaqa ş.-də gənclər arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyində iştirak edib. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qələbə qazanaraq finala vəsiqəni təmin edib, Avropa çempionu tituluna yiyələnib. 2016 noyabr ayında İsrailin paytaxtı Təl-Əviv ş.-də təşkil olunmuş 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində iştirak edib. 73 kq çəki dərəcəsində yarışan Heydərov Avropa çempionu olub.
2017 ildə Polşanın paytaxtı Varşava ş.-də keçirilən Avropa çempionatında iştirak edən Heydərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb, Avropa çempionu olub. 2017 ildə 23 aprel Avropanın “Ən yaxşı gənc cüdoçu”su mükafatına layiq görülüb. 2017 ildə 13 may Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov qızıl medala yiyələnib.
Heydərov yuxarıda qeyd edilənlərlə yanaşı Dünya Çempionatı: 2018 Bakı cüdo – Bürünc, 2019 Tokio cüdo – Bürünc, Avropa çempionatı: 2018 Tel-Əviv – Gümüş, Böyük Dəbilqə: 2019 Bakı – Qızıl, 2022 Tel-Aviv – Qızıl Hərbiçilərin Dünya Oyunları: 2019 Uhan cüdo-Bürünc, Minsk-2019 II Avropa Oyunları – Bürünc, U-23 Avropa çempionatı: 2016 Tel-Əviv cüdo – 81 kq Qızıl, Universiada: 2019 Napoli cüdo – 81 kq Gümüş kimi bir çox nəticələr də əldə edib.
Mənbə: 1. https://www.olympic.az/athlete/hidayet-heyderov
2. https://az.wikipedia.org/wiki/Hiday%C9%99t_Heyd%C9%99rov