(28.9.1950, Göyçay ş.) – kimya üzrə fəlsəfə doktoru.
1950 il sentyabrın 28-də Göyçay ş.-də anadan olub. Azərbaycan Neft və Kimya institutunun kimya texnologiyası fakültəsini qeyri üzvi kimya ixtisas üzrə bitirib. “Metan və onun konversiya məhsulları ilə reduksiya etməklə tozlu və təmiz kükürd qazından sərbəst kükürdün alınması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktorudur.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.32-33