Tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış qurum. 2004 ildən fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.
Fond Azərb.-ın bütün regionlarında, o cümlədən Göyçayda irihəcmli infrastruktur layihələri həyata keçirir və bu layihələr bölgənin sosial-iqtisadi, mədəni həyatında böyük dəyişikliklərə, insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur.
7 iyul 2005 ildə Azərb. Resp.-sının Prezidenti İlham Əliyevin Göyçay r-nuna səfəri zamanı Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Göyçay ş.-dəki internat məktəbində olub. Məktəblə tanış olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım otaqlarda döşəmələrin təzələnməsinə, istilik sisteminin yaradılmasına, avadanlıqla təchiz olunmasına yaxından kömək göstəriləcəyini bildirib.
2014 ilin yanvar ayında Göyçay Rayon Şahmat Məktəbində Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. Ümumi sahəsi 360 kv.m olan birmərtəbəli məktəb binasında mansard tipli ikinci mərtəbə tikilib və məktəbin ümumi sahəsi 600 kv.m-ə çatdırılıb. Məktəbdə 10 dərs otağı, 300 və 100 nəfərlik iki yarış zalı və yardımçı otaqlar var.
2 yanvar 2019 il tarixdə Göyçay r-nunun Alpout k.-də Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib. Müasir memarlıq üslubunda tikilən körpələr evi-uşaq bağçası 40 yerlikdir. Binada 2 oyun və 1 yataq otağı, mətbəx və digər yardımçı otaqlar vardır. Bütün otaqlar, habelə dəhliz lazımi avadanlıqla təchiz olunub. Həyətdə çardaq qurulub.
8 noyabr 2019 ildə Heydər Əliyev Fondu tərəfindən inşa edilən Göyçay r-nunun Müskürlü k. sosial inzibati bina kompleksinin və Qarabaqqal k. uşaq bağçasının açılışı olub. Qarabaqqal k. uşaq bağçası qəzalı vəziyyətdə olduğu üçün yeni bina inşa edilib. Qarabaqqal k. uşaq bağçasının hazırkı binası 1 mərtəbəli, 16 otaqdan ibarətdir. Bağçada yataq otağı, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün otaqlar, tibb otağı, mətbəx və yardımçı otaqlar mövcuddur. Müskürlü k. inzibati bina kompleksində isə Müskürlü k. inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, kənd bələdiyyəsi, kitabxana, uşaq bağçası, tibb məntəqəsi yerləşir.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində reallaşdırılan bu layihələr Prezident İlham Əliyevin digər bölgələr kimi, Azərb.-ın qədim tarixinin, zəngin maddi-mədəni dəyərlərinin bariz nümunəsi olan Göyçaya göstərdiyi diqqət və qayğının parlaq nəticəsidir. Bu sahədə, əlbəttə, Heydər Əliyev Fondunun layihələri də böyük əhəmiyyət daşıyır.
Məlumat Heydər Əliyev Fondunun rəsmi saytından (heydar-aliyev-foundation.org) götürülüb.