Erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış tayfa. VI əsr Suriya mənbəyində kulas kimi adları çəkilir. Ərəb müəlliflərindən İstəxri, İbn Havqəl və b. kulaslardan xəzər tayfalarından biri kimi bəhs etmişlər. XII əsrədək Volqa çayının sağ sahilində bulqarların Hulaş ş. mövcud olmuşdur. H.-ın bir qismi müxtəlif vaxtlarda xəzər, bulqar və suvarların tərkibində Azərb.-a gəlmişlər. Gürcüstanın keçmiş Borçalı qəz.-dakı Hulaşlı, Azərb.-da Ulaşlı (Qubadlı r-nu), Ulaşlı Şıxlı (Göyçay r-nu) və Dağ. MSSR.-də Ulaşlı kəndlərinin adlarının h.-la əlaqədar olması ehtimal edilir.
Mənbə: ASE. 10 cilddə, X cild, Bakı, 1987, s.271