(4.4.1948, Göyçay ş.) – fizika–riyaziyyat elmləri doktoru, professor.
Bakı Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə 1970 ildə AMEA Kibernetika İnstitutunda kiçik elmi işçi kimi başlayan F.Hüseynov sonralar bu institutda və Moskva Dövlət Universitetində böyük elmi işçi kimi, habelə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və Orta Şərq Universitetinin riyaziyyat fakultəsində çalışıb. 1994 ildən bu günədək Bilkent Universitetinin İqtisadiyyat fakultəsində çalışır.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.100