(22.10.1974, Göyçay r-nunun Müskürlü k.–20.1.1994, Füzuli r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi, baş çavuş.
1992 ilin avqustunda hərbi xidmətə çağrılan Həsrət könüllü surətdə döyüş bölgəsinə yola düşür. Onun ilk döyüş yolu Füzuli bölgəsindən başlamışdı. Bu istiqamətdə gedən döyüşlərdə tağım komandirinin müavini kimi xüsusilə fərqləndi. Döyüşlərin gərgin vaxtında qəfil baş verən mina partlayışı zamanı şəhid oldu və doğulduğu kənddə dəfn edildi.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.