(11.7.1996, Göyçay r-nunun Məlikkənd k.-28.9.2020, Talış-Suqovuşan istiqamətində). 11.07.1996 il tarixdə Göyçay r-nu Məlikkənd kəndində anadan olmuşdur. 21 sentyabr 2020 il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020 il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020) və “Laçının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilmişdir.
Əd.: http://goychay-ih.gov.az/index.html