(1.1.1967, Göyçay r-nunun Qarabaqqal k.) – iqtisad üzrə fəlsəfə doktoru (2008), dosent (2011)
1967 il yanvar ayının 1-də Göyçay r-nunun Qarabaqqal k.-də anadan olub. 1984 ildə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1987 ildə Sumqayıt Dövlət Universitetinin “Kimya istehsalının maşın və aparatları” fakültəsinə daxil olub. 1992 ildə həmin universitetin eyni adlı ixtisas üzrə tam kursu bitirərək “Mühəndis-mexanik” ixtisasına yiyələnib.
M.Hüseynova 1992-2005 illərdə Sumqayıt Dövlət Universitetinin “Standartlaşdırma və sertifikatlaşdırma” kafedrasında assistent, 2005 ildən isə Sumqayıt Dövlət Universitetinin “Tədris Metodiki” şöbəsində istehsalat təcrübə rəhbəri vəzifəsində çalışıb. 2008 ildə Az.ETKTİ və Texnlologiya İnstitutunda “Yeni iqtisadi sistemdə aqroemal bazarının inkişafı və idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2009 ilin sentyabr ayının 10-dan hal-hazıra kimi Sumqayıt Dövlət Universitetinin “Biznesin təşkili və idarə edilməsi” kafedrasında baş müəllim vəzifəsində çalışır. 2011 ildən etibarən dosentdir. M.Hüseynovanın tədqiqatları əsasən aqroemal sahələrinin inkişafı, idarə olunması və inteqrasiyası, ərzaq məhsullarının ekoloji təhlükəsizliyi məsələlərinə həsr olunub. 2,9 çap vərəqi həcmində 7 elmi məqalənin müəllifidir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.30-31
http://goychay.cls.az/more/text/71551