(1.1.1967, Göyçay r-nunun Qarabaqqal k.) – iqtisadçı alim, iqtisad ü.f.d. (2008), dos. (2011).
SDU-nun Kimya istehsalının maşın və aparatları fakültəsini “Mühəndis-mexanik” ixtisası üzrə bitirib (1992). M.Hüseynova 1992–2005 illərdə SDU-nun Standartlaşdırma və sertifikatlaşdırma kafedrasında assistent, 2005 ildən isə SDU-nun “Tədris Metodiki” şöbəsində istehsalat təcrübə rəhbəri vəzifəsində çalışıb. 2008 ildə Az.ETKTİ və Texnlologiya İnstitutunda “Yeni iqtisadi sistemdə aqroemal bazarının inkişafı və idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2009 ilin sentyabr ayının 10-dan hal-hazıra kimi SDU Biznesin təşkili və idarə edilməsi kafedrasında baş müəllim vəzifəsində çalışır. M.Hüseynovanın tədqiqatları əsasən aqroemal sahələrinin inkişafı, ərzaq məhsullarının ekoloji təhlükəsizliyi, aqroemal sahələrinin idarə olunması və inteqrasiyası məsələlərinə həsr olunub. 2,9 çap vərəqi həcmində 7 elmi məqalənin müəllifidir.
Məlumat V.Abdullayevdən alınıb.