(1975, Göyçay ş.) – i.ü.f.dokturu (2009), dosent.
1975 ildə Göyçay ş. anadan olub. 1991 ildə Göyçay ş. 3 saylı beynəlmiləl orta məktəbi, 1996 ildə isə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1996-2001 illərdə bitirdiyi institutda laborant, baş laborant, müəllim vəzifəsində işləmişdir. 2001 ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin «İqtisadi nəzəriyyə II» kafedrasında baş müəllim vəzifəsində çalışır. 2008 ildə Az.ETKTİ və Texnologiya İnstitutunda “Müxtəlif təsərrüfat formaları şəraitində ixtisaslı kadr hazırlığı və hazırlıq sistemlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edib. 2009 ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Dissertasiya işində əsasən müxtəlif təsərrüfat formaları şəraitində ixtisaslı kadr hazırlığı və hazırlıq sistemlərinin təkmilləşdirilməsi araşdırılıb. Hazırda Azərbaycan Dövlət iqtisad Universitetinin “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir. 41 çap vərəqi həcmində 26 elmi əsərin, 1 dərslik, 21 elmi məqalə və tezisin müəllifidir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.31
https://unec.edu.az/i-f-d-dos-huseynova-sehla-akif/