(23.12.1974, Özbəkistan Resp. Buxara r-nu–24.12.1993, Qubadlı r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
1980 illərin sonunda Özbəkistanda baş verən hadisələr zamanı digər Mesxet türkləri kimi İsmayılın da ailəsi qaçqın düşərək Göyçayın Çaxırlı k.-nə pənah gətirib. İsmayıl 1992 ilin dekabrında Qarabağ döyüşlərində iştirak etmək üçün vətənin müdafiəsinə yola düşüb. Cəmi bir il sonra ağır döyüşlərin birində şəhid olub. O, Çaxırlı k.-də dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.